"Titanik 2" ilk səyahətinə bu tarixdə çıxacaq

"Titanik 2" ilk səyahətinə bu tarixdə çıxacaq
628 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstraliyalı milyarder Klayv Palmer yenidən "Titanik 2" gəmisini yaratmaq fikrinə düşüb.

Axşam.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Laynerin yeni versiyasının 2027-ci ildə ilk səyahətinə çıxacağı gözlənilir. 

Palmerin sözlərinə görə, onun layihəsi orijinaldan daha yaxşı olacaq. 56 min ton yerdəyişmə qabiliyyətinə malik doqquz göyərtəli gəminin dəyəri 1 milyard dollar qiymətləndirilir. Gəmi 2500-ə qədər sərnişin daşıya biləcək.

Onun tikintisinə isə 2025-ci ilin qışında başlanacağı gözlənilir.

"Titanik 2" həmçinin bütün müasir avadanlıqlarla, ən son naviqasiya və təhlükəsizlik sistemləri ilə təchiz olunacaq.

Qeyd edək ki, aprelin 14-də axşam saatlarında Titanik aysberqlə toqquşub və ertəsi gün 2200-dən çox insanla batıb. Laynerinin faciəvi ilk səyahətindən yalnız 700-ə yaxın sərnişin sağ qalıb.