Borclarını ödəmək üçün xatirələrini satır

Borclarını ödəmək üçün xatirələrini satır
1334 dəfə oxunub
  • A-
  • A
  • A+

1967-ci ildə qatıldığı gözəllik yarışması ilə şöhrət qazanan Serpil Örümcer çətin günlər yaşayır.

Axşam.az xəbər verir ki, üç uğursuz evlilik keçirən və daha sonra xərçənglə mübarizə aparan Örümcer dolanmaq üçün köhnə fotolarını satışa çıxarıb.

İndi isə o, köhnə mahnılarından ibarət albom hazırlayıb. İfaçı daha sonra imzalı fotolarını pərəstişkarlarına, eyni zamanda marketlərdə ikinci əl paltar satmağa başlayıb. 

Sənətçi sosial şəbəkə hesabında video paylaşaraq "70-ci illərin rəssamı Serpil Örümcerəm. Bəzi ehtiyaclar və borclar üzündən köhnə mahnılarımı alboma yığdım. Onları satmaq istəyirəm. İstəsəniz CD-ləri imza ilə ünvanınıza göndərə bilərəm" sözlərini yazıb.

Serpil CD-lərini internet üzərindən 300 lirəyə satdığını desə də "Kirayəm 6 min lirə idi. Borclarımın bir hissəsini yardımla ödəmişəm, amma hələ də borcum var. Bu il kirayə haqqım yenə artacaq. Hesabımı da Işın Karaca ödəyir. Şəkillərim və kasetlərim bəzi saytlarda məndən xəbərsiz satılır. Bu pul mənə gəlmir. Ona görə də öz CD-lərimi satmaq istədim. İstədiyim tək şey iş tapmaqdır" sözlərini əlavə edib.