“Squid game”in aktyoru həbs edildi

“Squid game”in aktyoru həbs edildi
784 dəfə oxunub
  • A-
  • A
  • A+

"Squid game" serialının 79 yaşlı aktyoru O Yeonq-su 8 aylıq həbs cəzasına məhkum edilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün keçirilən məhkəmədə aktyorun həbsi ilə yanaşı, 2 il müddətinə şərti cəza və cinsi zorakılığa görə 40 saatlıq müalicə proqramından keçməsinə qərar verilib.

Qeyd edək ki, şikayətçi xanım 79 yaşlı aktyorun 2017-ci ildə onu öpdüyünü və icazəsiz bədəninə toxunduğu üçün şikayət etmişdi. 

Ekran işində "001" nömrəli iştirakçını canlandıran Yeonq "Qızıl qlobus" alan ilk koreyalıdır. O, sözügedən obraza görə "Emmi" mükafatına da layiq görülüb.