9 saat əməliyyatda qalan Berna Laçın - Foto

9 saat əməliyyatda qalan Berna Laçın - Foto
2380 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu yaxınlarda təcili bıçaq altına yatan və əməliyyatı 9 saat davam edən Berna Laçın çətin günlərini geridə qoyub.

Axşam.az xəbər verir ki, müalicəsi xəstəxanada davam edən və yavaş-yavaş yeriməyə başlayan Laçın "10 gündür ki, nazik bir ipin üstündə gəzirəm. Bir tərəfim alov, bir tərəfim çiçək" deyib.

Onurğa beynindəki problemə görə 9 saatlıq əməliyyat olunan aktrisanın durumunun yaxşı olduğu bildirilib.

Günlər sonra ayağa qalxaraq sənətçi xəstəxana dəhlizində "Yastıq tik, Mahmure" mahnısını və Seda Sayanın məşhur "corablı qadın" sözlərini oxuyub.

Həmin anları instaqram hesabında yerləşdirən Berna "Xoşbəxt sonluq. 10 gündür ki, nazik ipin üstündə gəzirəm. Bir yanımda alov, bir tərəfimdə çiçək. Körpü kimi Siratın... Əlimdən tutanlara Allah kömək olsun.  Allahın möcüzəsi əlinizə bir hədiyyədir. Çox qiymətli doktorlarım. Bir müddətdir buradayam, əməliyyatdan sonrakı müalicəm davam edir, amma şükürlər olsun ki, həyatımın bağlı olduğu böyük təhlükəni dəf etdim. Əzmi hoca yenə möcüzə göstərdi. Bu, onun üçün ilk deyil" sözlərini yazıb. 

Laçının paylaşımına Melek Baykal, Ceyda Düvenci, Filiz Akın və Mine Tuqaydan "Tez sağal" şərhləri gəlib.