Lyubov Uspenskaya Rusiya vətəndaşı oldu

Lyubov Uspenskaya Rusiya vətəndaşı oldu
495 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukrayna əsilli müğənni Lyubov Uspenskaya Rusiya vətəndaşlığını alıb. 

Axşam.az xəbər verir ki, bu barədə "TASS"a müğənninin özü məlumat verib. Sənətçinin sözlərinə görə, o, artıq sevincli hadisəni qeyd edib. Rusiya pasportu almaq üçün ifaçı qızı ilə birlikdə rus dilindən imtahan verib.

"Xoşbəxtəm ki, indi belə böyük dövlətin vətəndaşıyam. Rusiyanı həmişə sevmişəm və düşünürəm ki, arzum gerçəkləşib" deyə, Uspenskaya bildirib.

Qeyd edək ki, 70 yaşlı müğənni 1954-cü il fevralın 24-də Kiyevdə anadan olub. 1978-ci ildə SSRİ-dən ABŞ-a mühacirət edib və 2003-cü ilə qədər orada yaşayıb. Sonra Uspenskaya Moskvaya qayıdıb, lakin Amerika vətəndaşlığından imtina etməyib.