Urqantdan Rusiyanı tərk etməsi xəbərlərinə cavab

Urqantdan Rusiyanı tərk etməsi xəbərlərinə cavab
438 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur şoumen İvan Urqan Rusiyanın Ukraynaya hücumundan sonra ölkədən getməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, şoumen jurnalistlərə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Mən Rusiyanı heç vaxt tərk etməmişəm".

Urqant efirə nə vaxt qayıdacağı ilə bağlı suala isə cavab verməyib.

Qeyd edək ki, Urqantın ailəsi ilə birlikdə İsrailə köçdüyü deyilirdi.