Handedən evlilik açıqlaması

Handedən evlilik açıqlaması
1532 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Hande Ataizi özündən 20 yaş kiçik sevgilisi Dinç Aydoğdu ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlib.

Axşam.az xəbər verir ki, aktrisa sonuncu müsahibəsində sevgilisindən evlilik təklifi aldığını açıqlayıb:

"Biz zatən indi evli kimiyik. Dinç Leona (red. - Hande Ataizinin oğlu) çox yaxşı qardaşdır və evdə xoşbəxtlik hökm sürür. Üç ilə yaxındır ki, bir yerdəyik. Sadəcə özümüzün olduğu, rahat hiss etdiyimiz, heç kimin heç kimdən asılı olmadığı bir nizam qurmuşuq. Hamı bir-birinə diqqətlidir və mən birlikdə olmaqdan çox xoşbəxtəm. Evlilik təklifi hələ də qüvvədə qalır, mən ona "hə" cavabını vermişəm".

Aktrisa aralarındakı 20 yaş fərqinin münasibətlərinə necə təsir etdiyinə də aydınlıq gətirib:

"İlk vaxtlar mənə bir az qəribə gəlirdi. Dinç mənə bu vəziyyəti qəbul etməyimə yardımçı oldu. Bu əlaqəni korlamağa, kəsməyə çox çalışdım. Səbəblərim bitdi və özümə "Yaşanması lazım olanı yaşa" dedim".

Qeyd edək ki, Hande hazırda "Camdaki kız" serialında Cana obrazını canlandırır.