"Miss Globe Azərbaycan" uşaq evini ziyarət edib - fotolar

"Miss Globe Azərbaycan" uşaq evini ziyarət edib - fotolar
5223 dəfə oxunub
  • A-
  • A
  • A+
"Miss Globe Azərbaycan” komandası Bakıda yerləşən “SOS –uşaq kəndi- Bakı”nın qonağı olub.

Axşam.az-ın məlumatına görə, “Merac” production və “Signs Art Adventure” şirkətinin nümayəndələri , “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Müsabiqəsinin 89-cu finalına vəsiqə qazanmış Şücai Banu və digərlərinin uşaq evini ziyarət etməsi oranın balaca sakinlərini sevindirib. “Signs Art Adventure” şirkətinin rəhbəri Nigar Məmmədova “Miss Globe Azərbaycan” gözəlini uşaqlarla tanış edib.

Həmçinin “SOS Uşaq kəndi- Bakı” da qonaqları maraqlı proqramla qarşılayıb. Belə ki, balacalar onlar üçün hazırladıqları xüsusi dəfiləni nümayiş etdirib. Ardınca Şücai Banu dəfilədə iştirak edən qızlara ustad dərsi keçib. Uşaqlarla iki saata yaxın ünsiyyətdə olan təmsilçimiz onlarla ayrı -ayrılıqda tanış olmağa da fürsət tapıb.

Daha sonra “SOS Uşaq kəndi - Bakı”nın bir ailəsində qonaqlar üçün isti və səmimi süfrə açılıb . Qonaqlar evin şəraiti ilə yaxından tanış olublar. Gözəllik Müsabiqəsinin təşkilatçıları 28 May – Respublika Günü münasibətilə hər kəsi təbrik edib.

Xatırladaq ki, iyunun 21-i Crystall Hall-da “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Müsabiqəsinin 89-cu finalı keçiriləcək.