İctimai telekanalda yayımlanan “Yeni sədalar” verilişi həmişəki kimi yenə də maraqlı anlarla yadda qalıb.
Axşam.az-ın məlumatına görə, proqramın budəfəki qonaqları müğənni Nadir Qafarzadə və Cavidan Novruz olub. Aparıcı Kamran Quliyev “4/1” adlı təzə rubrikada qonaqlara 4 yumoristik sual ünvanlayıb. Bundan əlavə Kamranın efirdə dediyi “Ağacdan bir yarpaq düşməsi ona zərər gətirməz”, “Gedənlər üşün heyfslənmək lazım deyil” kimi məsəllərə tamaşaçılardan çoxlu cavab mesajları gəlib.
Verilişdə yaradıcılığındakı yeniliklərdən danışan Nadir Qafarzadə və Cavidan sevilən mahnılarını da səsləndiriblər.
Hər dəfə olduğu kimi bu dəfə də tamaşaçılar “Rumba fiesta” qrupunun solistləri Orxan, Məsut və Elşənin ifasında canlı musiqi dinləyiblər.
Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.