Məşhur futbol ulduzu Devid Bekhem ötən gün ailəsi ilə birlikdə Malibu çimərliyində paparassilərə hədəf olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu dörd uşağı və həyat yoldaşı Viktoriya ilə bütün günü sahildə istirahət edib, dənizdə üzüb, kiçik qızı Harperin fotolarını çəkib.
Havanın isti olmağına baxmayaraq Viktoriya Bekhemin köynəyini və kepqasını çıxarmamağı diqqət çəkib.