Bir neçə gün öncə ailə həyatı quran əməkdar artist Sevda Ələkbərzadə toyundan sonra ilk dəfə canlı yayıma çıxıb.
Axşam.az-ın məlumatına görə, “Gündəlik” verilişinə qonaq olan müğənni sənətindəki yeniliklərdən danışıb:
“Gürcüstanda təzə klip çəkdirmişəm. Bu dəfə rejissor Zazaya müraciət etmədim, çünki artıq Azərbaycanda hamı ona klip çəkdirir. Ekran işinin rejissoru Qaqa Qabrieldir. Bu klipin nə Azərbaycanda, nə də Gürcüstanda analoqu yoxdur. Bir kadra çəkmişik, montaj olunmayacaq. Gürcü xoru ilə birlikdə səsləndirmişəm. Bu əsəri indiyə qədər heç kim oxumayıb. Onu yeni albomuma daxil etmişəm. Albom isə iyunun sonunda işıq üzü görəcək”.