Fatimə tələbələri ilə birgə konsert verdi - fotolar

Fatimə tələbələri ilə birgə konsert verdi -  fotolar
2163 dəfə oxunub
  • A-
  • A
  • A+
Mayın 29-da Azərbaycan Dövlət Uşaq Filarimoniyasında rəqqasə Fatimənin tələbələri ilə birgə solo konserti gerçəkləşib. 

Axşam.az-ın məlumatına görə, gecənin aparıcısı Aysel Məhəmməd və rəqqasə Fatimə olub. Aparıcılar konsertə gələn qonaqları salamladıqdan sonra səhnədə “Banu rəqs” qrupu görünüb. Onlar öz məharətlərini bir neçə saat ərzində müxtəlif xalq rəqsləri oynamaqla göstəriblər. Növbəti musiqi nömrələrini hazırlamaq üçün kulisə yollanan rəqqasələri fasilə zamanı şou-biznes nümayəndələri əvəz ediblər.
 
Müğənni Roza Zərgərli, Aysel Əlizadə, “Dostlar” qrupu, Tural Əzimov, reper Qurdun çıxışı isə gecəni daha da rəngləndirib.
 
Musiqi hədiyyələrini təqdim edən sənətçilərdən sonra səhnəyə rəqqasə Fatimə çıxaraq, gecənin yekun rəqsini oynayıb.
 
Konsert  F.Fətəliyevanın rəqs müəllimi Aliyə Ramazanovanın çıxışı ilə bitib:

“Mən Fatiməni ilk dəfə gördüyüm zaman onun yeddi yaşı var idi. Çox balaca, xırda bir qız idi. Onu mən yanıma dəvət edib, rəqs sirlərini öyrətdim. Vaxtı ilə ona çox nöqsanlar tuturdum. Amma diqqət edirdim ki, Fatimə mənim nöqsanlarımdan sonra daha da yaxşı rəqs nümayiş etdirməyə başlayır. Məhz həmin rəqqasə bu gün Azərbaycanda bir nömrəli peşəkar rəqqasəyə çevrildi. İndi özü də mənim kimi böyük yük və məsuliyyət altındadır. Yəni pedaqoqluq fəaliyyətində. Ona həyatda bütün uğurları qazanmasını arzu edirəm. Ümumilikdə konsert yaxşı keçdi”.
 
Daha sonra “Göyçək” ləqəbli rəqqasə konsertdən sonra öz təəssüratlarını bölüşdü:

“Bu gün doğrudan da çox həyacanlıyam. Çünki məhz bu gün dörd aylıq pedaqoqluq fəaliyyətimin yekun, hesabat konserti idi. Konsertdə rəqqasəlik sənətin sirlərini mənə öyrədən müəllimlərim Fərhad Vəliyev və Aliya Ramazanovada iştirak edirdi. Tələbələrimin rəqsi məncə, pis alınmadı. Ümumilikdə, tələbələrimdən razı qaldım. Xırda qüsurlar oldu. Bu məncə normal haldır. Çünki onların bəziləri dəfələrlə mənimlə bir çox tədbirlərdə iştirak etsələr də, əksəriyyəti ilk dəfə olaraq tamaşaçılar qarşısında çıxış edirdilər”.
 
Qeyd edək ki, F.Fətəliyevanın  240 tələbəsi var.
 
Onun növbəti konsertinin oktyabr-noyabr aylarında paytaxtın iri konsert salonlarından birində keçirilməsi nəzərdə tutulub.