51 yaşlı rejissor Kventin Tarantino yeni eşq romanına yelkən açıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, rejissor 43 yaşlı Hollivud aktrisası Uma Turmanla münasibətə başlayıb.
Kann kinofestivalında daim birlikdə görüntülənən cütlük daha sonra əyləncə gecələrində də səmimi şəkildə kameralara tuş gəlib.
Xatırladaq ki, Uma Turman yaxın vaxtlarda öz milyarder sevgilisindən ayrılıb. Cütlük 2007-ci ildən bəri görüşdüyü üçün bu ayrılıq çoxlarını təəccübləndirib.