"ADDIM Yaradıcı Gənclər Assosiyası"nın dəstəyi ilə Azərbaycan Bolqarıstanın Varna şəhərində gerçəkləşəcək 23-cü Discovery İnternational Pop Music festivalında təmsil olunub.
Bu barədə Axşam.az-a assosiyasanın sədri Hüseyn Cavadzadə məlumat verib. 10 gün müddətində davam edən festivalda azərbaycanlı təmsilçi Kəmalə Qaramollayeva iki mükafatla vətənə qayıdıb. O, "ən yaxşı qadın səsi" və "ən yaxşı folklor hit" nominasiyasında qalıb olub.
Qeyd edək ki, festival çərçivəsində Kəmalə 1-ci gün Beyonsun repertuarından "Listen", ikincidə isə Rəhim Rəhimliyə məxsusi olan "Aman" mahnısını ifa edib. Müğənninin canlı ifası avropalı prodüserlerin marağına səbəb olub və ona müxtəlif əməkdaşlıqlar təklif olunub. Festivala həyat yoldaşı ilə yollanan Kəmaləyə uğurlu çıxışına görə həyat yoldaşı kiçik it bağışlayıb.
Qeyd edək ki festivalın baş mükafatını və "Addım Yaradıcı Gənclər Assosiyası"nın xüsusi prizini belorusiyalı Georgiy Kaldun (“Eurovision” təmsilçisi Dmitriy Kaldunun qardaşı) qazanıb. Azərbaycanı festivalda münsif kürsüsündə prodüser Hüseyn Cavadzadə təmsil edib.