Məşhur müğənni Patrisiya Kaas dünən Heydər Əliyev Sarayında konsert verib.
Axşam.az-ın məlumatına görə, fransalı ifaçı gecədə sevilən mahnılarını səsləndirib. “Baku events” tərəfindən təşkil edilən konsertdə Patrisiya Kaarsın çıxışı alqışlarla qarşılanıb.
Aparıcılığını şoumen Murad Dadaşovun etdiyi gecədən fotolar təqdim edirik.
Qeyd edək ki, Patrisiya Kaas bir neçə gündür Bakıdadır. O, şəhəri gəzib, Heydər Əliyev Mərkəzində olub.
Foto: Rəşad ABBASOV