Xoşqədəm Hidayətqızı qayıtdı: "Reklama ehtiyacım yoxdur"

Xoşqədəm Hidayətqızı qayıtdı: "Reklama ehtiyacım yoxdur"
4108 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə gün əvvəl aparıcı Xoşqədəm Hidayətqızının Suriyada yaralandığı ilə bağlı xəbər yayılmışdı.

Axşam.az-ın məlumatına görə, aparıcı bu gün səhər saatlarında vətənə qayıdıb. “ATV səhər”in qonağı olan X.Hidayətqızı təəssüratlarını tamaşaçılarla bölüşüb:

“Orada olduğum üç gün müddətində gözləmədiyim insanlar mənə zəng etdi. Üç gün yatmadım. Mən güclüyəm, bunu sübut da etdim. Burda xəbər yayıblar ki, özümü reklam edirəm. Mənim bu reklama ehtiyacım yoxdur. Suriyaya getmək elə reklamdır. Gedib orda kimdənsə müsahibə almaq risk idi. Anamın mənim haqqımda yayılan xəbərləri eşidəndən sonra xəstələndiyini öyrənəndə peşman oldum. Amma indi bu hiss keçib".

Belə hadisələrin hər bir jurnalistin karyerası üçün əhəmiyyətli olduğunu vurğulayan aparıcı Suriyada cəbhə bölgəsinə getdiyini deyib:

"Fərqli bir şey etmək istəyirdim. Atışmanın mərkəzində- Hələbdə oldum. Burda mənim adımdan saxta profillər yaratdılar, lazımsız şərhlər yazdılar. Mən ölümdən qorxmuram. Saytların yazdığına iradım yoxdur. Telefon zəngi olmasaydı, Suriyaya getdiyimi açıb deməyəcəkdim. Bu günə kimi Əfqanıstanda olmuşam, İraqda oteldə saxlanılmışam, Şimali Osetiyada 4 saat polis bölməsində qalmışam... İndiyə qədər bunlardan kim xəbər tutub? Heç vaxt danışmamışam. O şərhləri yazanlar qadın profili açan kişilər idi”.