Küçədə çəkilmiş yarıçılpaq şəkillərini paylaşdı

Küçədə çəkilmiş yarıçılpaq şəkillərini paylaşdı
5664 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzları Bryus Uillislə Demi Murun 22 yaşlı qızı Skaut hamını şoka salıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Skaut İnstagramın yeni “əxlaq” siyasətinə etiraz əlaməti olaraq küçənin ortasında köynəyini cırıb və yarıçılpaq vəziyyətdə gəzərək şəkillər çəkdirib. O, bu cəsarətli addımını “Sinəyə azadlıq!” şüarı altında mikrobloqunda izah edib. “Twitter” hesabında  isə “Belə gəzmək Nyu-Yorkda sərbəstdir, ancaq İnstagramda qadağandır. Gördükləriniz xoşunuza gəlmirsə, məni lentdən silin. Nə qədər ki bu cür gəzmək rahatdır, başqa insanların fikri heç kimə təsir etməməlidir” yazıb.
 
Xatırladaq ki, İnstagram rəhbərliyinin Rihannadan öz səhifəsindəki açıq-saçıq şəkilləri silməyi, eləcə də fransız jurnalı “Lui”nin üz qabığı üçün çəkdirdiyi fotolarda sinəsini gizlətməyi tələb etməsindən sonra sosial şəbəkələrdə “üsyan” başlayıb.