Limfaqranulematoz xəstəliyindən əziyyət çəkən və Almaniyada müalicə olunan teleaparıcı Hacı Nuran Hüseynov soyulub.
Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, dünən Haci Nuranın qaldığı oteldən içərisində pulu və sənədləri olan kaşeloku oğurlanıb. Teleaparıcının əməkdaşımıza verdiyi açıqlamasına görə, oğurluğu iki qara dərili şəxs edib və hazırda polis əməkdaşları axtarış aparır.
Qeyd edək ki, Almaniyada konsert verməyə gedən Rafael və Çoşqun da onunla eyni oteldədirlər.