Məşhur modeldən Mehriban Əliyevaya təşəkkür - foto

Məşhur modeldən Mehriban Əliyevaya təşəkkür - foto
3196 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən məşhur supermodellərindən biri İrina Şeyk Azərbaycanda hər kəsin marağına səbəb olacaq açıqlaması və təşəkkürü ilə daha da çox sevgi qazanmağı bacarıb.

Axşam.az anspress-ə istinadən xəbər verir ki, ötən gün Heydər Əliyev Mərkəzində "Müasir dəbdə Azərbaycan cazibəsi" layihəsinin təqdimatı baş tutub. Gecənin əsas qonaqlarından biri olan cazibədar model dəfilədən sonra ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib. Rusiyanın ən seksual qadını adına layiq görülən xanım ona göndərilən gül çələnginin fotosunu sosial şəbəkədə yükləyərək ürək sözlərini bildirib:

"Bu gün mən "Müasir dəbdə Azərbaycan cazibəsi" adlı möhtəşəm layihədə iştirak etdim. Məni bu şouya dəvət etdiklərinə görə ilk növbədə birinci xanım və onun gözəl qızlarına təşəkkürümü bildirirəm. Dəfilə çox gözəl alındı, hiss olunurdu ki, layihədə əsl peşəkar insanlar iştirak ediblər. Qonaqpərvərliyinizə görə minnətdaram!".

Qeyd edək ki, tatar gözəli olan İrina Şeyk Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldo ilə sevgilidir.