31 may beynəlxalq tütünlə mübarizə günündə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və islahatlar Mərkəzinin dəstəyi ilə "Addım" Gənclər təşkilatının həyata keçirdiyi 2-ci No Smoking Film Festivalının açılış mərasimi keçirilib.
Axşam.az xəbər verir ki, gecədə dövlət rəsmiləri, sənət və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə "Addım" Gənclər təşkilatının təsisçiləri Hüseyn Cavadzadə və Eldar Qasımov açıb. Daha sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edib, layihənin keçirilməsinin səmərəliliyindən danışıb. Gecədə ifaları ilə xalq artisti Brilliant Dadaşova, "Eurovision" təmsilçilərimiz Eldar Qasımov, Dilarə Kazımova çıxış ediblər. Layihənin simasi və siqarət əleyhinə aktiv mübarizə aparan Brilliant Dadaşova isə məhz bu fəaliyyətinə görə fəxri fərmanla təltif olunub. Xüsusi təntənə ilə keçirilən gecənin sonunda ötən il keçirilən festival qaliblərinin filmləri nümayiş olunub.