Röya və Nadir Şamaxıda - fotolar

Röya və Nadir Şamaxıda -  fotolar
2427 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənnilər Nadir Qafarzadə və Röya Ayxan Şamaxıda yeni otelin istifadəyə verilməyi  münasibətilə konsert proqramı ilə çıxış ediblər.

Axşam.az-ın məlumatına görə, tədbiri "Nazəndə sevgilim" mahnısı ilə N.Qafarzadə açıb və qonaqları salamlayıb.

“Bu gün Şamaxıda sizin qarşısında mahnı ifa etmək mənim üçün çox xoşdur. İnanıram ki, bundan sonra da tez-tez görüşəcəyik. Sizləri çox sevirəm”- deyən müğənni sevilən mahnılarını ard-arda düzüb. Daha sonra səhnə Röyanın ixtiyarına keçib.

N.Qafarzadə və R.Ayxanla yanaşı gecədə rəqqasə Oksana Rəsulova və türkiyəli müğənni Dilək Şimşək də iştirak edib.

Xatırladaq ki, otelin ilk açılış gününə Türkiyənin tanınmış müğənnisi Sibel Can dəvət olunmuşdu.