"Real Madrid”in baş məşqçisi qızına toy elədi- fotolar

"Real Madrid”in baş məşqçisi qızına toy elədi- fotolar
2360 dəfə oxunub
  • A-
  • A
  • A+
“Real Madrid” klubunun baş məşqçisi Karlo Ancelotti həyatının ən xoş günlərindən birini yaşayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, italiyalı baş məşqçi, qızı Katya Ancelottini klubun rejim mütəxəssisi Mino Fulkoya ərə verib.

İtaliyanın Kapua şəhərində gerçəkləşən toya hər iki ailənin qohumları və dostları gəlib.

Qızının toyunda Karlonun kövrəldiyi də diqqətdən yayınmayıb. Gəlin Katya isə nikah bağlanan zaman göz yaşlarını saxlaya bilməyib.