Aktrisa və aparıcı Kəmalə Quliyeva xalq artisti Nurəddin Mehdixanlının qızı olmasını sübut edən sənədi paylaşandan sonra bacısı Ayturan Quliyevadan ona cavab gəlib.
Axşam.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, o, Nurəddin Mehdixanlının rəsmi “Facebbok” səhifəsində ailələrinin fotosunu paylaşıb və “Nurəddin Mehdixanlının ailəsi budur. Hər şey göz qabağandadır. Fərqi görün. Onun başqa ailəsi yoxdur və ola da bilməz” şərhini yazıb.