Dünən Türkiyə milli yığmasının baş məşqçisi Fatih Terimin qızı Busə Tərim və Volkan Baxçaqapılının toyu olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toyun tarixi 16 may olaraq müəyyənləşdirilsə də, Soma faciəsi ilə əlaqədar təxirə salınmışdı.
“Shangri-La Bosphorus Otel”də baş tutan toyda ölkənin tanınmış simaları qonaq olub. Busə Terim və Volkan Baxçaqapılı toydan sonra dostları üçün “Əsma Sultan” sarayında şənlik təşkil ediblər.
Qeyd edək ki, türk mediasında yer alan xəbərlərə görə, toy zamanı Fatih Terimin digər qızı Mərvə Amerika xəstəxanasına aparılıb. Deyilənlərə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan aktyor və aparıcı Kənan İşıq və “Beşiktaş” klubunun fəxri rəhbəri Süleyman Səbanı ziyarət etmək üçün adıçəkilən xəstəxanaya gedərkən Mərvə ilə də görüşüb.
Mərvə Terimin xəstəxanaya doğuş üçün getdiyi iddia edilir.