“İctimai” telekanalda yayımlanan “Yeni sədalar” verilişinin növbəti qonaqları əməkdar artist Ədalət Şükürov və müğənni Elariz Məmmədoğlu olub.
Axşam.az-ın məlumatına görə, aparıcılığını Kamran Quliyevin etdiyi verilişdə qonaqlar sənətlərindən, yeniliklərindən bəhs ediblər. Yay istirahətindən danışan Ə.Şükürov və E.Məmmədoğlu buna xüsusi önəm verdiklərini, hər yay dincəlməyə mütləq vaxt ayırdıqlarını bildiriblər.
Ə.Şükürov fərqli, ekzotik ölkələrə üstünlük verdiyini söyləyb. Bu yaxınlarda Kiprdə konsert verən əməkdar artist tamaşaçıların alqışından bəhs edib. O, son vaxtlar konsertlərdə insanların ifaçıları alqışlamamasından şikayət edib.
Hər dəfə olduğu kimi bu dəfə də tamaşaçılar “Rumba fiesta” qrupunun solistləri Orxan, Məsut və Elşənin ifasında canlı musiqi dinləyiblər.
Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.