İbrahim Tatlısəs yenidən ailəsi ilə birlikdə- fotolar

İbrahim Tatlısəs yenidən ailəsi ilə birlikdə- fotolar
2146 dəfə oxunub
  • A-
  • A
  • A+
2013-cü ilin dekabrında həyat yoldaşı Ayşəgül Yıldızdan boşanan türkiyəli müğənni İbrahim Tatlısəs ötən gün Yalıkavak adlanan yerdə ailəsi ilə birlikdə kameralara tuş gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, eks həyat yoldaşı Ayşəgül və qızı Elif Ada ilə birlikdə səhər yeməyi yeyən müğənni çox xoşbəxt görünüb.

Ailəsi ilə iki saat vaxt keçirən Tatlısəsin, yeməyin hesabını Ayşəgül Yıldızdan aldığı pulla ödədiyi diqqət çəkib. Pərəstişkarları ilə şəkillər çəkdirən müğənni qızını öpməkdən doymayıb. Tatlısəs keçmiş həyat yoldaşı ilə də səmimi davranıb.