Tolikin ad günündə nələr oldu? - fotolar

Tolikin ad günündə nələr oldu? - fotolar
8479 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Tarix Əliyev dünən 35 yaşını qeyd edib.

Axşam.az-ın məlumatına görə, Tolikin dəniz kənarında təşkil etdiyi möhtəşəm gecəsinə sənət aləminin tanınmış simaları qatılıb.

Ad günü mərasimi ilə bağlı təəssüratlarını bölüşən prodüser xeyli sayda hədiyyə aldığını deyib:

“Dəvət etdiyim bütün qonaqlar gəldi. Yüzdən çox adam var idi. Cəmi iki-üç qonağım gəlmədi, onlar da Bakıda deyildi. Hər şey ürəyimcə oldu. Hədiyyələrimin sayı-hesabı yoxdur. Aygün Kazımova brilyant üzük bağışladı. Amma ən çox pul yığdım. Qonaqların demək olar ki, hamısı pul verirdi. Tort dostum İbo tərəfindən özəl olaraq hazırlanmışdı. Ad günümü qeyd etdiyim məkanın dizaynı isə Təhminə adlı xanıma məxsus idi”.

Foto: Rəşad ABBASOV