Londonda “Hərbi münaqişələr zamanı cinsi təcavüzə məruz qalan qadınların müdafiəsi” sammitində iştirak edən Ancelina Coli xoşagəlməz sürprizlə qarşılaşıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bosniyalı qadınların yaşadığı dramı gündəmə gətirən sammitin zirvə toplantısına 140 ölkənin nümayəndələri qatılıb. Zərərçəkənlərdən birinin başına gələnləri dinləyən aktrisa göz yaşlarını saxlaya bilməyib. Bu zaman arxada oturanlardan biri Ancelina ilə selfi çəkdirmək istəyib.
Pərəstişkarına “yox” deməyən Coli nəzakətlə “Selfinin öz yeri var” söyləyib.