Dünən keçirilmiş “Həyatını bayram elə” adlı gecəyə musiqiçi əri Keyt Urbanla gedən Hollivud ulduzu Nikol Kidman gözəlliyi ilə hamını heyran edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, qırmızı xalıda fotolar çəkdirən cütlük olduqca xoşbəxt görünüb.
Süd rəngli uzun libas geyinən aktrisa sinə dekoltesi ilə gecənin ulduzuna çevrilib.
Gümüş aksessuarlarla geyimini tamamlayan 46 yaşlı Oskar mükafatçısı N.Kidmanın və əri Urbanın bir-birlərinə səmimi baxışları da diqqətlərdən yayınmayıb.