Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, adıçəkilən ölkəyə gedənlər arasında məşhur aktyor Leonardo Di Kaprio da var. Məlumata görə, 40 yaşlı aktyor 21 nəfər dostu ilə birlikdə San-Paolaya üz tutub.
Leonardo Braziliyada olduğu müddətdə müvəqqəti qalmaq üçün “Manchester United” futbol komandasının sahibi Şeyx Mənsur Zeyd Əl Nahyanın “Topaz” adlı 147 metrlik yaxtasını kirayələyib.
Qeyd edək ki, “Topaz” dünyanın ən lüks yaxtaları sırasında beşinci yerdədir.