“Fox” kanalında yayımlanan “Lalə dövrü” serialının baş rol ifaçıları Selen Soyder və Tolqahan Sayışman Bodrumda dincəlirlər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, seriala çəkildikləri vaxt aralarında eşq yaranan cütlük 3 illik bərabərlikdın sonra 1 ay əvvəl ayrılmışdılar. Ayrıldıqdan qısa müddət sonra barışan Soyden və Sayışman bunu restoranların birində qeyd edərək istirahətə gediblər.
Cütlük dəniz kənarında maraqlı görüntülər sərgiləyib.