Türkiyənin sevilən balaca aktyoru Emir Bərk Zincirin tək istəyi məşhur model İrina Şeyki canlı olaraq görmək olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Emirin bu arzusunu "Hürriyət" qəzetinin jurnalisti Hakan Gence reallaşdırıb.
O, yazısında "Emir Bərk Zincirdən müsahibə alırdım. Ondan kimi sevirsən deyə, soruşdum. Heç fikirləşmədən İrina Şeyk dedi. Onları tanış edəcəyimə söz verdim. Buna 9 yaşındakı Emir də inanmadı. İrinanın Antalyaya gələcəyini eşitdim. Gözəl modellə danışıqlar aparıldı və sözümü gerçəkləşdirmək üçün imkan əldə etdim. Həmin an yetişir və İrina ilə Bərk onun qaldığı oteldə görüşür.
Ondan Ronaldo ilə modelin münasibətini soruşdum. Emir "Əgər böyük olsaydım deyərdim ki, İrina Ronaldonu burax. Onun arxasınca gedərdim" cavabını verdi" deyə bildirib.