“Dəb ikonası” hesab edilən Rihanna Hollivudda gecə klublarından birindən çıxarkən görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hər zaman dəbdəbəli tədbirlərdə diqqət mərkəzində olan Rihanna gündəlik geyimləri ilə də maraq doğurmağı bacarır.
Aktrisa gecə klubundan çıxarkən qısa köynəyi, cins şalvarı və ucuşiş ayaqqabısı ilə dəb izləyicilərindən müsbət rəy alıb. 2014-cü il ən dəbli geyim tərzinə üstünlük verən Rihanna fotoqrafların onu görüntüləməməsi üçün üzünü örtməyə çalışıb. Bu zaman Rihannanın sevgilisi də yanında olub.