Bu günlərdə Bursada konsert verən müğənni Hande Yenerin libası mətbuatda böyük səs-küy doğurmuşdu.
Axşam.az xəbər verir ki, eyni tərzdə geyimi Rihanna illər öncə “Rude buy” mahnısının klipində geyinib.
Qızılı rəngdə olan libas Hande Yenerin hamilə olması ilə bağlı xəbərlərin yayılmasına da gətirib çıxarıb. Ulduz kostyumunun orijinallığı ilə tamaşaçılarını təəccübləndirdiyini iddia etsə də, fotoları sizə təqdim edərək geyimin plagiat olduğunu diqqətinizə çatdırırıq: