"Onun başı işləmir" - Bircandan Serenə

"Onun başı işləmir" - Bircandan Serenə
1544 dəfə oxunub
  • A-
  • A
  • A+

"Söylemezsem olmaz" proqramının keçmiş aparıcılarından olan Bircan Bali həmkarı Seren Serengillə yaşadığı problemlərdən danışıb.

Axşam.az xəbər verir ki, o, “Seren Serengillə niyə anlaşa bilmirsiniz” sualını belə cavablayıb:

"Seren ürəyi ağzında doğulmuş biridir. Məntiqinizlə onu heç nə etməyə məcbur edə bilməzsiniz. Seren sıfır məntiqə malikdir. Məntiqsizdir.  Serenin yalnız ürəyi işləyir, başı yox. O, ağlının işlədiyi nöqtələrdə çaşbaş qalır. Başı çox işləyən biri ilə qarşılaşanda da belə olur. 

Amerikaya getdi. Tətildə olarkən mənə ağır təhqirlərdən ibarət yazı göndərdi. O, gedincə veriliş saatını doldurmaq üçün həmkarımız Arto ilə rəqs etməyə qərar verdik. Bizim rəqsimiz problem oldu. Sanki o əməliyyata gedib, biz isə əylənmişik. Arto ilə mənim reytinqimin artmağına əsəbiləşdi və bizə mesaj yazdı. Növbəti buraxılışı rəqssiz, yallı getmədən açdıq deyə, bu dəfə çənəsi tutuldu.

Yenidən Serenlə veriliş aparsaydıq, yəqin ki, bir-birimizi boğardıq".

Qeyd edək ki, Bircanla aralarında yaşanan qalmaqala görə Serenin əsəbdən çənəsi qıc olub, xəstəxanaya yerləşdirilmişdi. Bunun ardınca o, proqramdan ayrılmışdı. Daha sonra Bircan da layihəyə vida edib.