Xəbər verdiyimiz kimi, amerikalı müğənni Mayli Sayrus 66-cı "Qremmi" mükafatlarının təqdimetmə mərasiminə qatılanlar arasında olub.
Axşam.az-ın məlumatına görə, ifaçının libası müzakirələrə səbəb olub. Belə ki, paltar 14 min sancaqdan istifadə olunaraq hazırlanıb.
Libasın hazırlanması 675 saat çəkib. Dərzilər sap əvəzinə nazik məftildən, iynə əvəzinə kəlbətindən istifadə ediblər.
Geyim məşhur dizayner Con Qalliano tərəfindən hazırlanıb.