Böyük Britaniyanın sabiq Baş naziri Uinston Çörçilin (1874-1965) protez dişləri hərracda satılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, qızıl çərçivəli protez yeni sahibinə 18 min funt sterlinqə (təxminən 38 min 640 manat) başa gəlib.
Qeyd edək ki, mütəxəssislər onu 5-8 min funt sterlinq arasında qiymətləndirirdilər. Sözügedən protez 2010-cu ildə 15.200 funt sterlinqə satılmışdı.
