Rusiyanın Xalq artisti xəstəxanaya yerləşdirilib

Rusiyanın Xalq artisti xəstəxanaya yerləşdirilib
315 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Aleksandr Pankratov-Çerni Moskvada xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Sürücü ilə evə qayıdan 74 yaşlı aktyor avtomobildə özünü pis hiss edib. O, evə çatdıqdan sonra yaxınları dərhal aktyor üçün təcili yardım çağırıblar.

İlkin müayinə zamanı sənətçiyə ürək ritminin pozulması diaqnozu qoyulub. Bundan sonra o, xəstəxanaya yerləşdirilib.

Daha sonra həkimlər Pankratov-Çerninin beş qabırğasının sındığını bildiriblər. Bəlli olub ki, o, Krasnoyarskda qastrol səfəri zamanı ayağı sürüşərək küçədə yıxılıb.