Rusiyada Feduk kimi tanınan müğənni Fyodor Andreeviç İnsarovun konserti ləğv olunub.
Axşam.az xəbər verir ki, sənətçinin Tümendəki çıxışının olmayacağı bildirilib. Bunun səbəbi açıqlanmasa da, keçirilməsi mümkün olmadığı deyilib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı Kristina Orbakaytenin 3, Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) isə 2 konserti ləğv olunub.