“Zaman maşını” (“Time Machine”) rok qrupunun həmtəsisçisi Yuri Borzov vəfat edib.
Axşam.az xəbər verir ki, 70 yaşlı keçmiş nağara ifaçısının meyiti ötən gün səhər saatlarında Moskvadakı mənzilində tapılıb.
İlkin məlumata görə, Borzov infarktdan dünyasını dəyişib.
Qeyd edək ki, Borzov xərçəngdən əziyyət çəkirdi.