İlk türkiyəli astronavt Yerə endi - Video

İlk türkiyəli astronavt Yerə endi - Video
1647 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin ilk astronavtı Alper Gezeravcı Yerə enib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gezeravcının da olduğu "Axiom-3" komandası çərşənbə günü saat 17.20-də “Dragon” kapsulu ilə Beynəlxalq Kosmik Stansiyadan yola düşüb.

Dörd nəfərdən ibarət komanda təqribən 48 saatlıq səyahətdən sonra okeana eniş edib. Onların səhhətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb. Onun Yerə dönüşü əlverişsiz hava şəraitinə görə üç dəfə təxirə salınmışdı.