Kral III Çarlz xərçəngdən müalicə alacağı Sandrinqhemə gedib.
Axşam.az xəbər verir ki, həkimlər onun sağalacağına şübhə etmirlər: birincisi, III Çarlzın xərçəngi erkən mərhələdə aşkarlanıb, ikincisi, monarxın qarşıdakı prosedurlar üçün əhval-ruhiyyəsinin əla olduğu bildirilib.
Məlumdur ki, kral tamamilə ənənəvi olmayan üsullarla özəl klinikada müalicə olunacaq. Britaniya kral ailəsinin eksperti Tom Bauer "Daily Express"ə bildirib ki, kral kimyaterapiyanın qatı əleyhdarıdır və alternativ təbabətə üstünlük verir:
“O, otların, iksirlərin və buna bənzər şeylərin böyük tərəfdarıdır”.
Bildirilib ki, kralın sağlamlığı indi baş saray həkimi Maykl Diksonun əlindədir. O, alternativ təbabət üzrə ixtisaslaşan instituta rəhbərlik edir və Karl kimi istənilən xəstəliyi təbii maddələrlə müalicə etmək olar.