"The Spinners"in sonuncu üzvü vəfat etdi

"The Spinners"in sonuncu üzvü vəfat etdi
260 dəfə oxunub
  • A-
  • A
  • A+

70-ci illərin məşhur qruplarından olan "The Spinners"in sonuncu üzvü Henri Fambro vəfat edib.

Axşam.az xəbər verir ki, amerikalı qrupun üzvü olan müğənni 85 yaşında evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. 

Qeyd edək ki, qrup "It's a Shame", "The Then Came You" mahnıları ilə məşhurluq qazanıb. Onların "It's A Shame" adlı ilk hitləri "Bilboard"un "Hot 100" siyahısında 14-cü sıraya qədər yüksəlmişdi. "The Then Came You" isə bu siyahıda ilk sırada yer almağı bacarmışdı.