"Yarqı" serialının heyətində dəyişiklik edilib.
Axşam.az xəbər verir ki, ekran işində aktrisa İlayda Elif Elhih rol alacaq. O, layihənin 82-ci bölümündən etibarən izləyicilərin qarşısına "Dilan" obrazı ilə çıxacaq.
Qeyd edək ki, serialın baş rollarını Kaan Urqancıoğlu ilə Pınar Dəniz paylaşır.
İlayda son olaraq "Çukur" serialında rol alıb.
