Kirkorovun "Maska"da iştirakı istənilmir

Kirkorovun "Maska"da iştirakı istənilmir
861 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya kanalında tezliklə "Maska" şousunun yeni mövsümü təqdim ediləcək.

Axşam.az xəbər verir ki, çəkilişləri başlayan şouda münsif kürsüsündə Rusiyanın Xalq artisti Filipp Kirkorov da əyləşəcək.

Bütün tədbirləri ləğv edilən müğənninin şouya qayıtması birmənalı qarşılanmayıb. Belə ki, bir müddət əvvəl Nastya İvleevanın çılpaq partisinə qatılanlar arasında yer alan Kirkoriv tənqid olunmuş və bir çox önəmli tədbirlərin siyahısından çıxarılmışdı.

Bir çox tanınmış, eləcə də sosial şəbəkə istifadəçisi Filippin belə tez zamanda bağışlanmasını qınayıb. Onlar ifaçının şoudan uzaqlaşdırılmasını tələb edirlər.