Saçlarını qızına qırxdırdı - Foto

Saçlarını qızına qırxdırdı - Foto
9279 dəfə oxunub
  • A-
  • A
  • A+

Alopesiya Universal (tükün qaş, baş hissəsində dairəvi formada tökülməsi) xəstəliyi ilə mübarizə aparan İşın Karacanın yeni görüntüləri yayılıb. 

Axşam.az xəbər verir ki, sənətçi saçını keçəl qırxdırıb. İfaçı bunu qızı Miaya etdirib. 

Həmin görüntüləri yayımlayan Karaca "Mia saçlarımı çəkib əlimdə saxlamaq əvəzinə hamısını kəsdi" deyib.

2023-cü ildə bir müddətdir Alopesiya Universal (AU) xəstəliyi ilə mübarizə apardığını açıqlayan Işın Karaca “Gördüyünüz kimi, mənim nə saçım, nə qaşım, nə kirpiklərim, hətta bədənimin heç bir yerində tük yoxdur" sözlərini söyləmişdi. 

Müğənni bildirib ki, əvvəl xəstəliyini gizlətməyə çalışsa da, sonrada bunu bacarmayıb.