"Avroviziya 2024"də onlar da səhnəyə çıxacaq

"Avroviziya 2024"də onlar da səhnəyə çıxacaq
534 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya 2024"ün daha bir iştirakçısının adı açıqlanıb. 

Axşam.az xəbər verir ki, Finlandiyanı yarışmada təmsil edəcək ifaçının adı bəlli olub.

"Windows95man" ölkəsini müsabiqədə "No rules" ("Qaydasız") adlı mahnı ilə təmsil edəcək.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. 

Hazırda ölkəmizi təmsil etmək üçün 6 iştirakçı mübarizə aparır. Onlar Emy Lia (Emiliya Yaqubova), Mila Miles-İlkin Dövlətov-Etibar Əsədli, Aisel (Aysel Məmmədova), Fahree, Qorqud və Səbinə Quluzadədir.