"Avroviziya 2024"ün daha bir iştirakçısının adı bəlli olub.
Axşam.az xəbər verir ki, İtaliyanın yarışmaya göndərəcəyi iştirakçının adı açıqlanıb.
22 yaşlı Ancelina Manqo ölkəsini müsabiqədə "La noia" adlı mahnı ilə təmsil edəcək.
Xatırladaq ki, İtaliya 8 ildən sonra ilk dəfə müsabiqəyə qadın ifaşı göndərir.
Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.