Aktyor özündən 25 yaş kiçik ailəli modellə sevgilidir?

Aktyor özündən 25 yaş kiçik ailəli modellə sevgilidir?
2719 dəfə oxunub
  • A-
  • A
  • A+

Hazırda Türkiyədə reytinqlərdə ilk sırada yer alan və müzakirələrə səbəb olan "İnci taneleri" serialının baş rol ifaçısı Yılmaz Erdoğanla bağlı iddia yaranıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, aparıcı Bircan Bali aktyorun özündən 25 yaş kiçik model Cansu Taşkınla artıq 2 ildir münasibətdə olduğunu deyib. 

Yılmaz məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Maraqlı nüanslardan biri isə Cansunun iki il əvvəl adını açıqlamadığı şəxslə ailə qurmasıdır.

Yılmaz isə iki dəfə evlənib boşanıb və 2 övladı var.