"Avroviziya 2024"ün daha bir iştirakçısı bəlli oldu

"Avroviziya 2024"ün daha bir iştirakçısı bəlli oldu
464 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya 2024"ün daha bir iştirakçısının adı bəlli olub. 

Axşam.az xəbər verir ki, Latviyanın yarışmaya göndərəcəyi iştirakçının adı açıqlanıb.

Dons ləqəbli Artürs Singirejs ölkəsini müsabiqədə "Hollow" adlı mahnı ilə təmsil edəcək.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.